Elm və Təhsil Nazirliyinə müraciətlər nə ilə bağlıdır?

03.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Noyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 29 813 vətəndaş müraciəti daxil olub. 

“Cebheinfo.az” xəbər verir ki, müraciətlərin 18 574-ü çağrı mərkəzləri, 336-sı sosial media, 3 649-u "WhatsApp" vasitəsilə olduğu halda, 945-i elektron, 1 275-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 034 müraciət qeydə alınıb. 

Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbdənkənar təhsil müəssisələrinə qəbul, şagirdlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub. 

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью