Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib FOTO

12.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, bu gün Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Mikrobiologiya İnstitutu, Botanika İnstitutu, Polimer Materialları İnstitutu və Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbirləri keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью