Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olub

07.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Vurğulanıb ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью