Elm və təhsilNazir bu xanıma yüksək vəzifə verdi FOTO

03.02.2026

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.

Hurriyyet.org  "Qaynarinfo"ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Namiq Çərkəz oğlu Ağamaliyev "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Qeyd olunub ki, uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddəti uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью