Elman Nəsirov: “Onların hər birinin soyadının qarşısında “yan” şəkilçisi yazılıb” Yeni Çağ…
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Məzmun baxımından, əslində, onların hər birinin soyadının qarşısında “yan” şəkilçisi yazılıb”.
Bunu Yenicag.az-a açıqlamasında “söyüş müxalifəti”nin yaratdığı “Xalq Parlamenti”nin elə öz içlərindəki mübahisələrə görə iflasa uğramasından və onların, əslində, kimlərə xidmət etməsindən danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Avropanın bəzi paytaxtlarında oturub gecə-gündüz Azərbaycan dövləti və xalqının milli-mənəvi dəyərlərinə qarşı çıxış edən nankorların kimlərə xidmət etdiyi gün kimi aydın həqiqətdir: “Onlar Azərbaycan əleyhinə olan beynəlxalq ermənipərəst siyasi qüvvələrdən sifariş qəbul edirlər.
Pullarını aldıqdan sonra siyasi mənada oxuyub-oynayırlar. Bu insanları “milli dönüklər” də adlandırmaq olar.
Yaratmaq istədikləri “Xalq Parlamenti”, əslində, “Milli Dönüklər Birliyi” olmalı idi.
Həmin qurumun mövcudluğu üçün heç bir əsas belə yox idi. Heç ona qurum deməyə də adamın dili gəlmir.
Seçkilərdən, obyektivlikdən, ədalətdən danışanlar özləri-özlərini deputat elan etdilər.
Tam oxu
Xəbəri oxu