Elman Nəsirov qızı ilə bağlı bunları dedi

25.10.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm yaradıb.

O, atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.

O, bununla bağlı şərhi olmadığını bildirib:

“Bu, müxalifətin işidir, çünki radikal müxalifətin hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью