Elman Paşayevin oğlu həbs edildi

15.06.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış keçmiş vəkil Elman Paşayevin oğlu, 26 yaşlı Elvin irimiqyaslı dələduzluq işi ilə əlaqədar Rusiyada həbs edilib. 

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, fevral ayından bəri həbsdədir.

Lakin məhkəmə sənədlərinə görə, onun həbs olunduğu cinayət işi əvvəlcə 2025-ci ilin oktyabrında açılıb.

Xatırladaq ki, Elman Paşayevin özü hazırda Donetskdəki istintaq təcridxanasındadır. Onun vəkili 45 milyon rubldan çox məbləğdə dələduzluqla bağlı məhkəmə prosesi daha bir və ya iki il davam edə biləcəyini bildirir. Paşayevi 10 ilə qədər həbs cəzası gözləyir./Unikal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью