Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının artıq olmadığı haqda iddia yayılıb.
Bu barədə Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, E.Rüstəmovun xaricdəki biznesi də uğursuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur olublar.
Biznes imperiyasının çökməsi E.Rüstəmovu müəyyən addımlara da sövq edib. Belə ki, o, məşhur “Platin” şadlıq sarayını satıb.
İddiaya görə, şadlıq sarayı 22 milyon manata satılıb.
Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.