Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

31.07.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1-ci Liqa təmsilçisi "Cəbrayıl" "Kəpəz"in İdarə Heyətinin sabiq sədri İlqar Nadiriyə satılandan və klubun adının "Gəncəbasar" olacağı müəyyənləşəndən sonra komandanın baş məşqçi postundan ayrılan Elman Sultanov bu çempionatda mübarizə aparan digər kollektivin "sükanı arxası"na keçə bilər. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Cəbrayıl"a himayədarlıq etmək və yeni mövsümə Sultanovla başlamaq planları həyata keçməyən sponsorlar "Mingəçevir"lə danışıqlara başlayıblar.

"İşıqçılar"la əməkdaşlıq niyyəti reallaşsa, Sultanovu məhz bu komandanın baş məşqçi postunda görəcəyik.  

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlib. Sözügedən kollektiv həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. 

Toğrul  

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью