Elmar Baxşıyev: “Ağır oyun alındı”

07.04.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Araz-Naxçıvan” – “Sumqayıt” (2:0) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşdü:

– Ağır oyun alındı. Bu tsiklda oynamaq çətindir. 4 gündən bir oynayırıq. Düşünürəm ki, komandam meydançada yaxşı iş ortaya qoydu. Komandamı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacayıq. Mövsümün sonudur. Önümüzdəki oyunlara nə qədər köklənsək, o qədər də faydası olacaq.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью