Elmar Baxşıyev: “Bakıdakı matç daha ağır keçəcək

10.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah" ilk oyunda məğlub olsa da, oyun baxımından rəqibindən üstün olduğu açıq şəkildə göründü. Komandanın xətlər arasında əlaqəsi, topa nəzarəti və hücum qurarkən təşkilatlanması yaxşı təsir bağışladı. Sadəcə, bəzi epizodlarda son toxunuşlarda və hücumların tamamlanmasında çatışmazlıqlar hiss olundu". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Sabah" – "Orhus" qarşılaşması barədə fikirlərini bölüşüb:
"Təbii ki, "Sabah"ın oyundan-oyuna daha stabil və özünəinamlı görünməsi qələbələrlə də bağlıdır. Komanda hərəkətlərində və meydanın müxtəlif zonalarında təşkilatlanmış təsir bağışlayır. Bu baxımdan, ilk oyundakı məğlubiyyətə baxmayaraq, "Sabah"ın cavab qarşılaşmasına ümidverici məqamlarla çıxacağını düşünürəm. Fikrimcə, Bakıdakı matç daha ağır keçəcəcək. Skandinaviya komandaları sona qədər soyuqqanlı olub, oyun intizamını qorumağı bacarırlar. "Orhus" da ilk görüşdə təhlükəli kollektiv olduğunu göstərdi. Buna görə də rəqibin müdafiədə kompakt oynayaraq əks-hücumlarda "Sabah" üçün problem yaratmağa çalışacağını gözləmək olar. Bununla belə, doğma meydanda oynayacağını və azarkeş dəstəyini nəzərə alsaq, üstünlüyü "Sabah"a vermək olar. Əsas məsələ komandanın ilk dəqiqələrdən oyuna nəzarəti ələ alması, səbirsizliyə yol verməməsi və qol imkanlarından maksimum yararlanmasıdır. "Sabah" bunu bacarsa, ilk oyundakı nəticəni dəyişərək növbəti mərhələyə yüksəlmək üçün real şansa sahibdir".
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью