futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Yolumuza davam edəcəyik.
– Komandanın hücum potensialından razı qaldız?
– Sərəncamımda olan futbolçuların hamısı keyfiyyətlidir. Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşənləri etməyə çalışdılar.