Elmar Baxşıyev: “Dünya çempionatında yenə sürprizlərin olacağını düşünürəm”

01.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Dünya çempionatında pley-off mərhələsinin oyunları keçirilir. Avropa təmsilçiləri Niderland, Almaniya artıq mundialla vidalaşıb, favorit Fransa isə yoluna inamla davam edir.

Veteran futbolçu Elmar Baxşıyev “Futbolpress.az“a açıqlamasında dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşdü:

“Pley-off oyunları göstərir ki, komandaların gücləri bərabərdir. Matçlarda əsas futbolçuların hansı dəyərdə olmaları deyil, meydandakı mübarizlik həlledici olur. Məsələn, Paraqvay yığması məhz göstərdiyi mübarizəyə görə sensasiyaya imza atdı. Qarşıda hələ oyunlar var və yenə sürprizlərin olacağını düşünürəm”.

Baxşıyev 48 komandalı formatın uğurlu olduğunu bildirdi:

“Yeni format məncə, uğurludur, kütləvilik baxımından da yaxşıdır. Görürsünüz, heç vaxt şans qazanmayan milli komandalar dünya çempionatında iştirak edir, bəzən sürprizlərlə yadda qalırlar. Bu səbəbdən mundialın formatı bəyənildi”.

Mütəxəssis Messi ilə Mbappe arasında gedən bombardirlik yarışına da toxundu:

“Məncə, onların yarışına başqa oyunçular da qoşulacaq. Çünki qol fərqləri böyük deyil. Qarşıda isə oyunlar çoxdur. Hansı komandanın nə qədər irəli gedə biləcəyi burdakı əsas faktordur. Bir çox yığma hücum futbolu oynayır və forvardlar məhsuldarlıqlarını artırmaq istəyir. Ona görə düşünürəm ki, bombardirlik yarışı tək Mbappe ilə Messi arasında getməyəcək”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью