Elmar Baxşıyev: “Futbolçularımdan güc alıram”

29.11.2024

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində evdə “Turan Tovuz”a (1:0) qalib gəlib..

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. “Turan Tovuz” bu mövsüm iddialıdır, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik.

– Xal fərqini bir az da artırdınız. Qış fasiləsinə 3 tur qalıb. Bir qədər rahatlıq olacaq?

– İlk turdan komanda üzərində gərginlik yoxdur. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var. Düşünürəm ki, futbolçular daha da məzmunlu oynamağa çalışacaq.

– “Araz-Naxçıvan” birinci liqada oynayanda baş məşqçi Əsgər Abudllayev idi. Azarkeşlər ona deyirdilər ki, “1:0 olsun, bizim olsun” prinsipindən vaz keçin. Sizdə də belədir. Bu məqam sizi narahat etmir ki?

– Jurnalistlərdə belə fikir formalaşıb ki, “Araz-Naxçıvan” həmin prizmadan yanaşır. Amma görürük ki, komanda hücumdadır. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik.

– Bazar günü “Neftçi” – “Qarabağ” matçı var. Hansı nəticənin qeydə alınmasını istəyirsiz?

– Daha çox öz komandamıza köklənmişik. Futbolçulara da deyirəm ki, daha çox özümzü düşünək.

– Bu mövsüm Kurban Berdiyevi artıq iki dəfə məğlub etmisiz. Təcrübəli mütəxəssisi məğlub etməyiniz sizin özünüzə məşqçi kimi özünəinam verir?

– Bu suala ikitərəfli yanaşmaq olar. Mən özüm futbolçulardan güc alıram. Məşq prosesində həmin enerjini komandada görürəm. Onlar mənə güc verirlər. Yanaşmaları, istəkləri ilə. Biz də qarşılıqlı şəkildə bunu onlara qaytarırıq.

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah” “Səbail”ə qarşı, “Araz-Naxçıvan”dan qələbə

29 Noyabr 2024, 19:00

Əsas xəbərlər, Premyer liqa Mərdəkanda heyətlər məlum oldu

29 Noyabr 2024, 15:17

Əsas xəbərlər, Ölkə futbolu “Araz-Naxçıvan”ın zədəlisi qayıtdı

28 Noyabr 2024, 12:36

Əsas xəbərlər, Manşet, PRESSinq Zaur Axundovun müsahibəsindəki biabırçılıqlar – TƏHLİL

24 Noyabr 2024, 8:01

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada yeni – müvəqqəti lider

23 Noyabr 2024, 10:00

Əsas xəbərlər, Ölkə futbolu Elmar Baxşıyev: “Klubda işləmək üçün mənə şərait yaradılıb”

22 Noyabr 2024, 19:38

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью