Elmar Baxşıyev: “Gərginliyin olmağı normaldır”

13.04.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqanın XXX turunda keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Ağır oyun oldu. Matçdan qabaq da bizi nə gözlədiyini təxmin edirdik. Sıx qrafikdəyik. Ona görə ilk yox, ikinci hissə oyunun tempini qaldırdıq. Uda da, uduza da bilərdik.

– “Araz-Naxçıvan”ın müdafiəsində bu dəfə boşluqlar çox oldu. Niyə?
– Bu müdafiəçilərlə bağlıdır. Çoxlu zədəlilərimiz olduğuna görə rotasiyalara getməyə məcbur olduq.

– Növbəti oyunlarınız “Turan Tovuz” və “Qarabağ”a qarşıdır. Gərginlik var?
– Gərginliyin olmağı normaldır. Belə qrafikı görə bu başadüşüləndir. Mövsüm ərzində futbolçular özünü yaxşı tərəfdən göstəriblər.

– Üçüncü yeri itirmək təhlükəsi hiss etmirsiz?
– Bizi düşündürən özümüzük. Başqa komandaların nəticəsində xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

– Hücumçularınızın dişsizliyi bu oyunda nə ilə bağlıdır?
– “Kəpəz” bir neçə güclü komandalardan xal alıb. Çempionatımızda zəif komanda yoxdur.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью