Elmar Baxşıyev: “Hər şey gözlədiyimiz kimi keçdi”

03.12.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir.

Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız “Səbail”lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik”.

Əsas xəbərlər, Premyer liqa “1:0″la gələn xallar

2 Dekabr 2024, 14:39

Əsas xəbərlər, Premyer liqa APL-də 30-cu qələbə

2 Dekabr 2024, 9:16

Əsas xəbərlər, Ölkə futbolu Felipe: “Hər kəs bir məqsəd üçün çalışır”

30 Noyabr 2024, 10:06

Əsas xəbərlər, Premyer liqa “Sabah”la “Araz-Naxçıvan”dan qələbə

29 Noyabr 2024, 20:56

Əsas xəbərlər, Ölkə futbolu Elmar Baxşıyev: “Futbolçularımdan güc alıram”

29 Noyabr 2024, 18:43

Əsas xəbərlər, Premyer liqa Mərdəkanda heyətlər məlum oldu

29 Noyabr 2024, 15:17

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью