Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının XV turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" matçından sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdır, meydançada yaxşı işlər görür.
Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik". - Xal fərqini bir az da artırdınız.
Bir qədər rahatlıq olacaq? - İlk turdan gərginlik yoxdur. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq.
Keyfiyyətli, təcrübəli komandamız var. Komandamız daha məzmunlu oynamağa çalışacaq.
- "Araz-Naxçıvan" I Liqada oynayanda baş məşqçi Əsgər Abdullayev idi.
Azarkeşlər ona deyirdilər ki, 1:0 olsun, bizim olsun prinsipindən vaz keçin. Sizdə də belədir. Bu məqam sizi narahat etmirki?