Elmar Baxşıyev jurnalistlərin qarşısına çıxacaq

21.07.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.

Elmar Baxşıyev və bir futbolçunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 19:00-da başlayacaq. Saat 19:30-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq. 

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью