Elmar Baxşıyev: “Kim deyir ki, Araz Naxçıvan enişdədir?” | Icma.az
Icma.az, Apasport saytına istinadən bildirir. Misli Premyer Liqasının XXV turunun "Sabah" - "Araz-Naxçıvan" matçından (2:2) sonra qonaqların
"Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi.
Komandanın göstərdiyi performansdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq".
- Bir xalla "Araz-Naxçıvan"ın enişdən çıxdığını demək olar? - Biz enişdə deyildik. Kim deyir ki, " Araz-Naxçıvan" enişdədir?
Maşallah olsun komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk.
Dörd gündən əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur.
Ona görə heyət baxımından sıxıntı çəkirik. Amma komandam möhkəmdir. Düşünürəm ki, öz iddiasından əl çəkməyəcək.
- Ülvi İsgəndərov meydana sonradan çıxıb qolunu da vurdu. Onu qarşıdakı matçda start heyətində görmək olacaq?
Tam oxu
Xəbəri oxu