Elmar Baxşıyev: “Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü”

27.05.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün “Araz-Naxçıvan”la yeni müqavilə imzalayan baş məşqçi Elmar Baxşıyev klubun saytına açıqlama verib.

Apasport.az xəbər verir ki, 44 yaşlı  mütəxəssis gələcəklə bağlı fikirlərini bölüşüb:

“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq.

Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.

"Şamaxı" Mikelslə vidalaşıb “Araz-Naxçıvan” Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb Azərbaycan millisi dünya çempionuna qarşı - YENİLƏNİR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью