Elmar Baxşıyev: Məşqlərdə işlədiyimiz elementləri oyunda görürük | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 15-ci turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Ağır oyun alındı.
Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdır, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq.
Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik. - Xal fərqini bir az da artırdınız. Bir qədər rahatlıq olacaq?
- İlk turdan gərginlik yoxdur. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var.
Komandamız daha da məzmunlu oynamağa çalışacaq. "Araz-Naxçıvan" birinci liqada oynayanda baş məşqçi Əsgər Abudllayev idi.
Azarkeşlər ona deyirdilər ki, "1:0 olsun, bizim olsun" prinsipindən vaz keçin. Sizdə də belədir. Bu məqam sizi narahat etmir ki?
Tam oxu
Xəbəri oxu