Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

02.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 oktyabr , AZƏRTAC

Dünənki oyunda hamı Azərbaycan millisindən qələbə gözləyirdi. Təəssüf ki, komandaya qalibiyyət üçün qol çatmadı. Yığmamızın Lixtenşteynlə heç-heçə etməsi gözlənilən nəticə deyildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qolsuz heç-heçə etdiyi oyun barədə danışarkən deyib.

Mütəxəssis millinin heyətinin zəif futbolçulardan təşkil olunduğu fikri ilə razılaşmadığını bildirib: “Komandada avrokuboklarda kifayət qədər oyun keçirmiş futbolçular var. Əlbəttə ki, nəticə hamının gözlədiyi kimi olmayanda baş məşqçinin üzərində də çoxlu suallar yaranır. Qarşıda bizi daha iki oyun gözləyir. Bu görüşlərdə qələbə qazanmaq və baxımlı futbol nümayiş etdirməklə futbolçular hər kəsin fikrini dəyişə bilərlər”.

Qeyd edək ki, hazırda aktivində 2 xalı olan Azərbaycan millisi qrupda ikinci pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv növbəti matçını oktaybrın 4-də Bakıda Litvaya qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью