Elmar Baxşıyev: “Mövsümü layiqli yerdə bitirdik”

27.04.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik.

– Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?
– Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. “Araz-Naxçıvan” mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.

– Qara Qarayevin heyətdə olmaması nə ilə bağlıdır?
– Mikro zədəsi olduğuna görə ehtiyatlı davrandıq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью