Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir. Qış fasiləsi ərəfəsindəki sonuncu turda da səliqə-sahman göz oxşadı.
Hakimlər futbolçulara cəmi 14 sarı vərəqə göstərdi, nə meydandan qovulan oldu, nə də penalti.
Üç komanda – “Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan” turu cəzasız bitirdi.
Bununla belə, naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyev narazı qaldı.
Səbail – Zirə, ELÇİN MƏSİYEVPaytaxt təmsilçilərinin dueli qonaqların qələbəsiylə sona çatdı və bu nəticə heç kimi təəccübləndirmədi.
Məyusedici məqam isə komandaların cansıxıcı oyunla yadda qalmasıdı.
Onsuz da belə sakit məcrada keçən matçı idarə etmək FİFA referisi üçün çətin olmamalıydı.
Sadəcə, Məsiyevin xüsusilə meydan sahiblərinin “vaxt öldürməyə” çalışmasına şərait yaratması nə “Futbol+”in reportyorunun gözündən qaçdı, nə də Rəşad Sadıqovun.