Elmar Baxşıyev Omoniya ilə matçdan öncə mətbuat önünə çıxacaq

04.08.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" matçından əvvəl avqustun 6-da keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev 18:30-da mətbuat önünə çıxacaq.

"Omoniya"nın çalışdırıcısı Henninq Berqin mətbuat konfransına 19:20-də start veriləcək.

"Araz-Naxçıvan"
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 

"Omoniya"
Saat 19:20. Mətbuat konfransı 
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 
Qeyd: Mətbuat konfransları və açıq məşqlər "Dalğa Arena" da keçiriləcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью