Elmar Baxşıyev: Oyunun ağır keçəcəyini təxmin edirdik

26.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Oyunun ağır keçəcəyini təxmin edirdik".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XX turu çərçivəsində "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasından razı qaldığını, futbolçuların istədiyi futbolu nümayiş etdirməyə çalışdıqlarını bildirib:
"Öz oyunumuzu qorumağa çalışırıq. Hesabda öndə olanda onların üzərimizə gəlməsi normaldır. Əsas odur ki, qələbə qazandıq".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью