Elmar Baxşıyev: “Qarabağ” Çempionlar Liqasında xeyli güc itirdi

23.04.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Dünən hər iki komanda meydanda yaxşı oyun nümayiş etdirdi. Qarşılaşma azarkeşlər üçün böyük maraq doğurdu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçirilən cavab oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan matçı şərh edib: “Qarabağ” Çempionlar Liqasında xeyli güc itirdi və bu amil komandanın ölkədaxil oyunlarda müəyyən qədər axsamasına səbəb oldu. Bundan sonra həm “Sabah”ın iddiası, həm də “Qarabağ”ın yenidən zirvəyə yüksəlmək istəyi mübarizəni daha da gərginləşdirəcək. Üstəlik, “Neftçi” və “Turan Tovuz” kimi komandaların da iddialılar sırasında olması çempionluq yarışını daha çətin və maraqlı edir”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Qarabağ”ı 4:3 hesabı ilə məğlub edən “Sabah” finalda “Zirə”nin rəqibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью