Elmar Baxşıyev: Qəbələ ilə heç bir prinsipim yoxdur

30.11.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq".

Sportal.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Qəbələ"yə uduzmağınıza görə təəssüflənirsiz, yoxsa 3 xal itirdiyinizə görə?

- Mənim "Qəbələ" ilə heç bir prinsipim yoxdur. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. "Qəbələ" qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью