Elmar Baxşıyev: “Səbəbi axtarsaq, dərinə gedəcəyik”

11.05.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Oyun barədə çox danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqaət verib, iki oyunu düşünməliyik".

- Ramon Maçadonu əvəzləməyiniz nə ilə əlaqədardır?
- Maçado da bu oyun ən zəif oyunu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstünidi.

- "Şamaxı" ilə oyunda üçüncü yeri rəsmiləşdirə biləcək?
- Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq.

- Qələbəyə sizin daha çox ehtiyacınız var idi. Amma rəqib daha çox istəkli görünürdü. Səbəbnə idi?
- Belə olur. Səbəbi axtarsaq, dərinə gedəcəyik. Hər şey təsir edə bilər. Bir az rahatçılıq var idi. Onu da gizlətmək mümkün deyil. dünənki oyunun nəticəsıi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək.

- "Araz-Naxçıvan" növbəti mövsüm ev oyunlarını Naxçıvanda keçirə biləcək?
- Bilmirəm.

“Kəpəz”dən minimalhesablı qələbə - YENİLƏNİB Ceyhun Nuriyev: “Kim haqq edirsə, o da oynasın” “Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR Rahil Məmmədov qərarını verdi: Avropada qalır! “Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью