Elmar Baxşıyev Zirə yə məğlubiyyəti belə şərh etdi

18.01.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"nin qonağı olan "Araz-Naxçıvan"ın baş məşqçi Elmar Baxşıyev matçı şərh edib. 

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 0:1 hesabı ilə uduzduqları oyun barədə belə danışıb: 

"Ağır, mübarizəli oyun oldu. Məğlub olsaq da, bunu faciəyə çevirməməli, növbəti görüşü düşünməli və hazırlaşmalıyıq. 
Qara Qarayevi fasilədə əvəzlədik. Düşündük ki, bu şəkildə davam etsə, emosiyalarına hakim ola bilməz. Futbolda belə hallar olur. Nə baş verdisə, meydanda qaldı. Hər iki komandanın oyunçuları mübarizədən qopmadılar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью