Elmar Baxşıyevin köməkçilərindən biri Araz Naxçıvan dan ayrılmayacaq

23.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan"ın istefaya göndərdiyi baş məşqçi Elmar Baxşıyevin köməkçilərindən biri komandada qalacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Əfran İsmayılovdur.

Baxşıyevlə birlikdə Naxçıvan təmsilçisinə gələn Rasim Ramaldanovla Ramiz Kərimovun göndərildiyi dəqiqdirsə, makedoniyalı fitnes məşqçisi Teodor Terziyevin də yola salınacağı gözlənilir. 

Qeyd edək ki, hazırda 26 xalı olan "Araz-Naxçıvan" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью