Elmar Baxşıyevlə müqavilə uzadıldı

27.05.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью