Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur.
Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.
Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar.
Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur.
Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.
Oruc orqanizmi təmizlədiyi, nəfsi tərbiyə etdiyi və daha mənəvi kamilliyə çatmaq üçün vasitə olduğu dinlərdə ümumi olaraq qəbul edilib.
Bir çox mədəniyyətdə də orucun günahları təmizlədiyinə dair inanclar mövcuddur.