Elmə həsr olunmuş ömür : Dünya şöhrətli alim Lütfi Zadə yad edilib

31.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 31 yanvar, AZƏRTAC

“3 nömrəli uşaq-gənclər inkişaf mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitrtinin fəxri professoru Lütfi Zadənin 105 illik yubileyinə həsr olunmuş “Elmə həsr olunmuş ömür” adlı xatirə gecəsi keçirib.

Bu barədə AZƏRTAC-a mərkəzdən məlumat verilib

Tədbirin əvvəlində mərkəzin “Robototexnika” dərnəyinin istedadlı üzvlərinin hazırladığı modellər və gənc rəssamların elmi ixtiralarla bağlı rəsm işləri sərgilənib.

Sonra Lütfi Zadənin həyat və elmi fəaliyyətinə dair videoçarx nümayiş olunub, mərkəzin “Gənc tədqiqatçılar” dərnəyinin üzvləri çıxış ediblər. Görkəmli alimin nəzəriyyələri əsasında gənc aktyorların hazırladıqları “Yalnız ağ-qara” və “Paltaryuyan maşınların dialoqu” adlı səhnəciklər, gənc gimnastların kompozisiyası, rəqs dərnəyinin üzvlərinin “Ağıllı robotlar” rəqsi tədbirə xüsusi rəng qatıb.

Dünya şöhrətli alimin oğlu, informatika sahəsi üzrə riyaziyyatçı alim, professor Norman Zadə tədbirdə onlayn qoşulub.

Texnika elmləri doktoru, professor, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti, Lütfi Zadə ailəsinin ən yaxın dostu Şahnaz Şahbazova alim haqqında xatirələrini bölüşüb və onun nəzəriyyəsi üzrə elmi təcrübə nümayiş etdirib.

Tədbir gənc nəslin elmə, təhsilə olan marağını artırmaq, Lütfi Zadənin həyatı və elmi fəaliyyəti barədə məlumatlarını genişləndirmək, ona dünya şöhrəti gətirən nəzəriyyələri, elmi nailiyyətləri, kəşfləri barədə bilikləri artırmaq, böyük alimin zəngin irsini və qeyri-səlis məntiq nəzəriyyəsini təbliğ etmək məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью