Elmi araşdırma: D vitamini çatışmazlığı qrip və COVID 19 u ağırlaşdırır

20.02.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rumıniya alimlərinin araşdırmasına görə, D vitamini çatışmazlığı qrip və COVID-19-un daha ağır hallarına yol aça bilər.

Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" nəşrində dərc olunub.

Tədqiqatçılar D vitamininin virus infeksiyalarının inkişafındakı roluna həsr edilən klinik sınaqların və meta-analiz məlumatlarını təhlil ediblər.

Elm adamlarının qənaətinə görə, bu vitaminin aşağı səviyyəsi çox vaxt COVID-19-un daha ağır nəticələri ilə əlaqələndirilir.

Müəlliflər qeyd edirlər ki, ən çox nəzərəçarpan təsir ilkin D vitamini çatışmazlığı olan xəstələrdə müşahidə olunub. Bu göstəricinin normal səviyyədə olduğu insanlarda, ümumiyyətlə heç bir əhəmiyyətli əlavə fayda müşahidə edilməyib.

D vitamini çatışmazlığı ilə COVID-19-un uzun müddət davam etməsi riski arasında mümkün əlaqə də müzakirə olunur, lakin səbəb-nəticə əlaqəsi hələ sübut edilməyib.

Alimlər xatırladıblar ki, yağlı balıq növləri (qızılbalıq, skumbriya, tuna) və yumurta bu vitaminlə zəngindir.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью