Elmi dərəcələrə görə verilən pulun artırılması təklif olunur

26.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Elmi dərəcələrə görə verilən pul artırılmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, fəlsəfə doktoru adı üzrə 60, elmlər doktoru adı üzrə isə 100 manat verilir ki, bu məbləğ artırılmalıdır.

C.Məmmədov universitet müəllimlərinin də maaşının artrılmasını təklif edərək qeyd edib ki, ümumilikdə universitetlərin maliyyələşməsi məsələsinə bir daha baxılmalıdır.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью