Elmi fantastik serial “Netflix” siyahısında

22.08.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

“SyFy” kanalında nümayiş olunduqdan sonra “Netflix” siyahısına daxil olan “Revival” adlı elmi-fantastik və qorxu janrlarındakı serial avqustun 24-də bütün epizodları ilə izləyicilərə təqdim olunacaq.
Kulis.az xəbər verir ki, müxtəlif platformalarda ləğv edilən və ya köhnə ekran işlərini öz bazasına daxil edərək yenidən populyarlaşdıran “Netflix” "Rotten Tomatoes"da tənqidçilərdən 90% müsbət rəy alan bu layihə ilə uğurlu strategiyasını davam etdirir.
Serialın süjet xəttinə əsasən, Viskonsin ştatının kənd ərazisində gözlənilmədən baş verən möcüzəvi bir gündə vəfat etmiş insanlar zombi kimi deyil, tamamilə əvvəlki görkəmlərində və davranışlarında həyata qayıdırlar.
Baş verən sirli hadisələr fonunda tək polis zabiti olan Dana Kipress öldürülən şəxsin yenidən dirildiyi və hər kəsin şübhəli sayıldığı naməlum cinayət işini araşdırmağa məcbur olur.

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə "Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı? Məşhur aktrisa dünyasını dəyişdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью