Elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması önəmlidir Professor

27.01.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Gənclərin elmə və tədqiqata marağını artırmaq üçün ən səmərəli yanaşma erkən yaşlardan elmi-tədqiqat yönümlü fəaliyyətlərin təşkili, universitet mərhələsində mentorluq və tədqiqat qruplarına qoşulma imkanlarının yaradılmasıdır. Bununla yanaşı, qrantlar, startap layihələri, təcrübə proqramları və beynəlxalq layihələr vasitəsilə maddi və peşəkar dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Elmi karyera yollarının aydın təqdim edilməsi, sənaye ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və mükafatlandırma mexanizmləri də motivasiyanı artırır. Ən effektiv model isə maddi dəstək, mentorluq, tətbiq imkanı və ictimai tanınmanın birlikdə olduğu elmi ekosistemin qurulmasıdır”.

Bunu 525.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev söyləyib. O vuröulayıb ki, son illərdə gənclər üçün yaradılan imkanlar ölkəmizdə elmi mühitin formalaşmasına və inkişafına real təkan verməyə başlayıb. Bu prosesin daha da sürətlənməsi üçün elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması önəmlidir. Universitet–sənaye əlaqələrinin inkişaf etdirilməsi, tədqiqatçıların motivasiya və karyera perspektivlərinin aydınlaşdırılması, müasir laboratoriya infrastrukturlarının yaradılması, elmin ictimai imicinin gücləndirilməsi və beynəlxalq elmi şəbəkələrə inteqrasiyanın genişləndirilməsi vacibdir.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью