Elmin və şəxsiyyətin vəhdəti | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son yüzillik ərzində Azərbaycan tarix elminin verdiyi ən böyük imtahanlardan biri milli dövlətçilik tariximizə münasibətin tədqiq edilib araşdırılması ilə əlaqədar olmuşdur.
Məlum sovet ideologiyası SSRİ-yə daxil olan xalqların milli dövlətçilik tarixinin, görkəmli tarixi şəxsiyyətlərinin öyrənilib yeni nəsillərə çatdırılması məsələsini arxa plana keçirdiyi üçün uzun bir dövr ərzində bu mövzu nəinki diqqət mərkəzindən kənarda saxlanılmış, həm də tarixi keçmişin unutdurulması istiqamətində müvafiq ideoloji iş aparılmışdır.
Sovet dövründə milli dövlətçilik ənənələri və ya tarixdə yaşamış adlı-sanlı dövlət xadimlərinin adları ən yaxşı hallarda vətənpərvərlik mövzusunda yazılmış publisist əsərlərdə çəkilməklə kifayətlənilmişdir.
Bu mənada, milli dövlətçilik tarixi problemi özünün miqyası və missiyası, sistemi ilə müstəqillik dövrü Azərbaycan elminin əsas mövzularından biridir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yeni tarixi şəraitdə Azərbaycan tarixşünaslıq elminin əsas aparıcı mövzularından biri olan milli dövlətçiliyin tarixi, böyük simaları və ənənələri probleminin görkəmli və fədakar tədqiqatçılarından biridir.
Müstəqillik illərində İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası (1999) və çap etdirdiyi sanballı monoqrafik tədqiqatlar geniş mənada ölkəmizin milli dövlətçilik ənənələri haqqında yazılmış qiymətli elmi əsərlərdir.
Akademik İsmayıl Hacıyev Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan məktəbinin tarixini və tanınmış simalarını sistemli şəkildə araşdırıb öyrənməklə Azərbaycan tarixinin bu istiqamətinin mükəmməl, ümumiləşdirilmiş və bütöv elmi mənzərəsini yaratmağa öz töhfəsini vermişdir.
Tam oxu
Xəbəri oxu