Elmir Əliyev U 23 dünya çempionatında finala vəsiqə qazanıb

13.10.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Moderator.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Elmir Əliyev (60 kq) 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçaкa tam üstünlüklə (8:0), 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinova 7:3 hesabı ilə qalib gəlib. Yarımfinalda özbəkistanlı Mehroc Bəhramovla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf (4:2) olan Elmir ardıcıl ikinci il U-23 dünya çempionatının finalına yüksəlib. Əliyev sabah həlledici qarşılaşmada qazaxıstanlı Aybek Aytbekovla güləşəcək.

Məhəmməd Şükürzadə (67 kq) 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şükürzadə təsəlliverici görüşə çıxacaq. Təmsilçimizin rəqibi qazaxıstanlı Tolegen Amirxanov olacaq.

Fərid Xəlilov (72 kq) özbəkistanlı Şaxzod Kuçkorovu mübarizədən kənarlaşdırdıqdan (4:1) sonra 1/4 finalda qazaxıstanlı Yussuf Aşrapova uduzub – 1:7. Rəqib adını finala yazdırdığı üçün Fərid 2-ci yarış günündə təsəlliverici görüşə çıxacaq. Xəlilov Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək..

Elmin Əliyev (82 kq) belaruslu İlya Valevski (9:4) və macarıstanlı Sabolç İştvan Sinaya (5:2) gücünü göstərsə də, 1/4 finalda isveçli Aleksander Mikael Yohanssona minimal fərqlə (2:3) məğlub olub.

İsmayıl Rzayev (97 kq) zədələndiyi üçün yarışdan çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью