Icma.az bildirir, Baku.ws portalına istinadən. "SOCAR Green" artıq 1,4 qiqavat gücündə bərpa olunan enerji layihələri portfelinə sahibdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev COP29 çərçivəsində keçirilən "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması" adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, SOCAR artıq milli enerji şirkətinə çevrilmək astanasındadır: "Hazırda bir çox şirkət ənənəvi neft və qaz fəaliyyətindən qlobal və ya milli enerji şirkətinə çevrilmək istiqamətində əsaslı dəyişikliklər həyata keçirir.
E. Musayevin sözlərinə görə, SOCAR da bu dəyişikliklərin astanasındadır: SOCAR-ın adı neft və qazla sinonim olub.
Lakin indi SOCAR milli enerji şirkətinə çevrilmək istiqamətində ciddi addımlar atır və artıq bir sıra dekarbonizasiya təşəbbüslərinə başlayıb.
COP29-un Bakıda keçirilməsi də bu dəyişikliklərin bir hissəsidir.
Keçən il COP28-də iştirak edənlər SOCAR-ın dekarbonizasiya üzrə iddialı hədəflərini öyrənə biliblər.
Bu hədəflərə 2030-cu ilə qədər bütün əməliyyat aktivlərində sıfır rutinin yandırılması, 2035-ci ilə qədər "upstream" seqmentində sıfır metan emissiyasına nail olmaq və 2030-cu ilə qədər karbon emissiyasının intensivliyini əhəmiyyətli dərəcədə azaltmaq daxildir." E.