Elmir Vəlizadə: “Mediamız bədniyyətli qrupların da diqqət mərkəzindədir”

14.05.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, bədniyyətli qrupların da diqqət mərkəzindədir

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, lektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.

"Son hadisələr göstərib ki, Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, həm də bədniyyətli qrupların diqqət mərkəzindədir. Ölkəmizdə gedən proseslər kimlərinsə xoşuna gəlmir və onlar hansısa şəkildə bu proseslərə müdaxilə etmək istəyirlər, bunun üçün də müəyyən mənada medianı hədəf kimi görürlər. Bu təlimlər ona görə təşkil olunur ki, mediamız bu illərdə qazandığı nüfuzunu saxlasın, daha da genişləndirsin, müasir texnologiyalar onlara maneəçilik törətməsin. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər də özlərini mediadan kənar hiss etməsinlər. Onlar bir kollektivin üzvü olaraq ümumi işə, məqsədə töhfə vermək məramında olsunlar”, - deyə PA sektor müdiri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью