Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.
Redaktor.az musavat.com-a istinadla xəbər verir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib.
2024-cü ilin mart ayının 21-də "KIA” markalı minik avtomobili yol kənarında dostu ilə hərəkətdə olan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.
7-ci sinf şagirdi olan Elmir xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən 38 yaşlı Amil olub.
Amil hadisə günü tanışları ilə kafedən gəlirmişlər. Sürücü içkili olmayıb.
Elmir dostu Hüseynəli ilə kənddə Novruz bayramı günü qalanılan tonqala baxmaqdan gəlirmiş.
Elmir evlərinə çatmağa bir neçə metr qalmış maşınla vurulub. Sürücü hadisə yerindən qaçıb. Maşını 400-500 metr aralıda saxlayıb.