Elmlər doktoru işini tamamlayanların yarıdan çoxu qadın olub

08.06.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ötən il Azərbaycanda 133 nəfər elmlər doktoru proqramı üzrə təhsilini başa vurub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təhsilini başa vuranların 11 nəfəri dissertasiya müdafiə edib.
Qeyd edək ki, elmlər doktoru proqramı üzrə təhsilini başa vuranların 62,4%-i və ya 83 nəfəri qadınlar olub.
Elmlər doktoru proqramı üzrə buraxılışın 92,5%-i (123 nəfər) paytaxt Bakının payına düşüb. Bundan başqa, proqramı başa vuranlardan 5 nəfəri Sumqayıt şəhərində, 3 nəfəri Abşeron rayonunda, 2 nəfəri isə Naxçıvan şəhərində qeydə alınıb.
Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью