Elmlər doktoru vəfat etdi

07.05.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının professor əvəzi, filologiya elmləri doktoru, dəyərli alim və pedaqoq Məmmədov Nəsirağa Şahmurad oğlu vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı BSU yayıb. "Nəsirağa Məmmədov təkcə alim və müəllim kimi deyil, həm də yüksək insani keyfiyyətləri, zəngin elmi fəaliyyəti və ziyalı mövqeyi ilə hər zaman hörmət və ehtiramla xatırlanacaqdır.

Bakı Slavyan Universitetinin kollektivi Nəsirağa Şahmurad oğlunun vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir",-deyə məlumatda bildirilir..

Allah rəhmət eləsin! 

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью