Elnarə Abdullayevanın 4 milyonluq villası üzə çıxdı

05.11.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villası olduğunu açıqlayıb.

Modern.az-ın məlumatına görə, sənətçi bu haqda ARB-nin efirində “Həmin Zaur” verilişində olarkən bildirib.

Zaur, proqramda qonaq olan Xalq artisti Zabit Nəbizadəyə “Elnarə sizin evinizin yanında villa tikdirib, xəbəriniz var? 4 milyon manat o evə pul sayıb. Bunu isə o alının təri ilə edib” sözlərini deyib.

Ardınca aparıcı “Amma deyəsən sizə villanın tikilməsində köməklik ediblər. Oranın tikilməsində sizə sement, daş, qum veriblər” sözlərinə E.Abdullayeva sərt cavab verib:

“Kim kömək edib? Mənə sement veriblər? Hərə bir işi görsəydi, bəxtəvər olardım”. (olay.az) 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью