Elnarə Abdullayevanın 4 milyonluq villası üzə çıxdı

05.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Elnarə Abdullayeva 4 milyon manat dəyərində villası olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi bu haqda ARB-nin efirində “Həmin Zaur” verilişində olarkən bildirib.

Zaur proqramda qonaq olan Xalq artisti Zabit Nəbizadəyə “Elnarə sizin evinizin yanında villa tikdirib, xəbəriniz var? 4 milyon manat o evə pul sayıb. Bunu isə o alının təri ilə edib” sözlərini deyib.

Ardınca aparıcı “Amma deyəsən sizə villanın tikilməsində köməklik ediblər. Oranın tikilməsində sizə sement, daş, qum veriblər” sözlərinə E.Abdullayeva sərt cavab verib:

“Kim kömək edib? Mənə sement veriblər? Hərə bir işi görsəydi, bəxtəvər olardım”. (olay.az) 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью