Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elnarə Abdullayevanın qardaşı vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü. Marqarita pizza
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik. Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.