Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən danışıb.
O qeyd edib ki, bu cür qətnamələrə əvvəllər reaksiya verilirdi: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.
Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır: “Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı.
Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Maraqlıdır, Prezident İlham Əliyevin “artıq reaksiya vermirik” mövqeyi diplomatik strategiya kimi nə ifadə edir?