Elnarə Baxışa vəzifə verildi

13.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elnarə Baxış İnci Clinic və İnci Laboratoriyalarının PR və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, yeni vəzifəsində klinika və laboratoriyaların kommunikasiya strategiyasının qurulması, brend dəyərinin gücləndirilməsi və ictimai etimadın artırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Elnarə Baxış bundan əvvəl Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, daha öncə isə TƏBİB-də böyük məsləhətçi vəzifəsində çalışıb.

Natiq Şəkinski

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью